USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozonada inflyasiyanın düşəcəyi gözlənilir

05.07.2023 İqtisadiyyat
24 8
Avropa Mərkəzi Bankının (AMB) İstehlakçı Gözləntiləri Araşdırmasına görə, gələn il üçün istehlakçıların Avrozonada inflyasiya gözləntiləri 2022-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə düşüb.

AMB may ayı üçün istehlakçıların gözləntiləri sorğusunun nəticələrini açıqlayıb. Buna görə Avro Bölgəsində istehlakçıların 12 aylıq ortalama inflyasiya gözləməsi yüzdə 4,1-dən yüzdə 3,9-a gerilədi. Beləliklə, istehlakçıların Avrozona inflyasiyası ilə bağlı gözləntiləri may ayında 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.

İstehlakçıların növbəti 3 il üçün inflyasiya gözləntiləri 2,5 faiz səviyyəsində sabit qaldı. AMB ortamüddətli perspektivdə 2 faiz inflyasiya hədəfləyir.

Regionda istehlakçıların iqtisadi artım gözləntilərinin əvvəlki ayla müqayisədə daha optimist olması, aprel ayında mənfi 0,8 faiz olan istehlakçıların növbəti 12 ay üçün iqtisadi artım gözləntilərinin mənfi 0,7 faizə yüksəlməsi diqqət çəkir.

  • Əvvəlki

    Neft üçün "ekspansionist" hərəkət

Digər xəbərlər

04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0