“Türkiyədə qızılın qiymətinin qalxması lirənin qeyri-sabit məzənnəsi ilə bağlıdır”.
Kommersnat.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Türkiyədə qızılın qiymətinin rekord həddə bahalaşmasının səbəblərini şərh edərkən deyib.
Eyyub Kərimli bildirib ki, lirənin hazırkı məzənnəsində volatillik, qeyri-sabitlik müşahidə olunur, bu da investorları daha çox qorxudur:
Əsasən investorları belə qeyri-sabit vəziyyət daha çox qızıl almağa , investisiyalarını sabit maliyyə aləti kimi qızılda saxlamağa sövq edir. Bu baxımdan da qızılın qiyməti Türkiyədə artır.
Hesab edirəm ki, lirə sabitləşərsə, qızlın qiymətinin ucuzlaşmasını müşahidə edəcəyik”.
İqtisadçı əlavə edib ki, hazırda dünya bazarında da qızılın qiymətində bahalaşma baş verir və qızılın qiyməti dünya birjalarında müəyyənləşir:
“Bu baxımdan da Türkiyədə lirə ucuzlaşdığı üçün qızılın qiyməti artır.”
Qeyd edək ki, qızılın qram qiyməti unsiya qızıl və dollar/TL bahalaşmasının təsiri ilə rekord səviyyə olan 1621 lirəyə(105,60 AZN) qədər bahalaşıb.