USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ETSN çimərliklərə gedən şəxslərə müraciət edib

14.07.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) çimərliklərə gedən şəxslərə müraciət edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən "Kommersant"a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilib.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.