USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Taxıl sazişi" ləğvi Azərbaycana necə təsir göstərəcək? - ŞƏRH

10.07.2023 İqtisadiyyat
3 32
“Azərbaycan xaricdən taxıl alan ölkə olsa da “Taxı sazişi”nin ləğvi Azərbaycana da ciddi təsir göstərməyəcək”.

Kommersant.az xəbər verir ki, bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Rusiya-Ukrayna arasında bağlanan “Taxıl sazişi” uzadılmasa,bunun Azərbaycana hansı təsirləri ola bilər”sualına cavab verərkən deyib.

İqtisadçı bildirb ki, növbəti il biz istehsalımız nəticəsində buğda idxalını da azaldacağıq:
“Artıq dünyada buğdanın yaxın zamanlarda bahalaşma ehtimalı yoxdur. Azərbaycanın da taxıl idxal etmək problemi olmayacaq. Hazırda Azərbaycan bazarında bir ton ərzaqlıq buğdanın tonu 250 manatdır. Bu da dünya bazarları ilə eynidir”.

Akif Nəsirli bildirib ki, dünyada artıq alternativ qida zənciri formalaşıb:
“Məsələn, Ukraynadan asılılığı olan ölkələr digər ərzaq buğdası istehsalçıları ilə müqavilələr bağlayıb.
Ukrayndan taxıl gəlmədiyi halda alternativ müqavilələrin həcmi artacaq, bununla da problemləri həll edəcəklər”.

Bu müqavilənin ləğvinin həm də Rusiya üçün ziyanlı olduğunu düşünən iqtisadçı bildirib ki, Rusiyanın hazırda bunu etməyə siyasi gücü də yoxdur:
“Siyasi baxımdan düşünmürəm ki, Rusiya “Taxıl sazişi”nin pozulması istiqmətində dünya qarşısında duruş gətirə bilsin. Rusiyada artıq o güc yoxdur ki, nəyisə israr etsin, onu öz maraqlarına uyğun dəyişsin. Artıq Rusiyada Vaqnerin son üsyanından sonra onun dünya siyasi arenasında siyasi nüfuzu çökdü. Doğrudur, Ukrayna ilə müharibə onun siyasi nüfuzunu aşağı salmışdı, bu üsyan isə onun siyasi reytinqini sıfırladı. Nə siyasi baxımdan, nə iqtisadi baxımdan Rusiyanın özünə bu sərf eləmir. Ona görə də mən hesab edirəm ki, “Taxıl sazişi” uzadılacaq. Bunun alternativi yoxdur. İkincisi də taxıl sazişi uzadılmasa da dünya bazarında buğdanın qiyməti ajiotaj yaradacaq şəkildə artmayacaq.

  • Əvvəlki

    Azərbaycanda deputatla nazirin şəxsi yazışması yayıldı

Digər xəbərlər

18.01.2025 İqtisadiyyat
Azərbaycanda Aliment Fondu yaradılacaq
0 0
18.01.2025 İqtisadiyyat
Fed NGFS-dən çıxdığını açıqladı
0 0