USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Restoranda təqdim edilən 107 manatlıq servis haqqı - Bu nə qədər qanunidir?

12.07.2023 İqtisadiyyat
0 35
Sosial şəbəkələrdə müğənni Niyam Salamiyə məxsus “My Beach” adlı restoranda alınan xidmət haqqı gündəm olub.

Restoranda müştərinin sifariş etdiyi yeməyin dəyəri 430 manat olub. Həmin məbləğin üstünə isə 107,5 manat dəyərində xidməthaqqı əlavə olunub. Qəbzdə sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulması əks olunub.

Bəs restoranlarda xidmət haqqının olması doğrudurmu? Müştəri bu haqda əvvəldən məlumatlandırılmalıdır? Restoranlarda ən çox xidmət haqqı nə qədər olmalıdr?

Kommersant.az bu sualları iqtisadçı Xalid Kərimli ilə müzakirə edib.

Xalid Kərimli bildirib ki, dünyanın bir çox ölkəsində mütləq şəkildə hesabdan əlavə servis haqqı olur:

“Məsələn, Amerika Birləşmiş Ştatlarında restoranda hesab ödəyən zaman müştəriyə servis haqqı üçün üç seçim verirlər ki, sən 15, 20, yoxsa 25 faiz bəxşiş qoyasan.Hətta orda bəxşiş sistemləri 15 faizdən başlayır. Doğrudur, bu qanunən məcburi deyil, Amma ABŞ mədəniyyətinə görə məcburidir. Orda ənənə, vərdiş budur, hətta bəxşiş verməyən adama pis baxırlar.

Amma Avropada ənənə fərqlidir. Məsələn Almaniyada hesab gəlirsə, sizin bir sentiniz qalıbsa, onu da gətirib qaytarırlar”.

İqtisadçı qeyd edir ki, biz də isə restoranlar istədiyi qiyməti təyin edə bilərlər:

“Biri eyni yeməyə bir, digəri isə fərqli qiymət qoya bilər. Burda bir problem yoxdu. Burda kimsə restorana nəsə deyə bilməz. Əgər siz həmin yeməyi ucuz yox, baha qiymətə yeyirsinizsə, bu artıq sizin seçiminizdir”.

Xalid Kərimli deyir ki, bu haqda vətəndaş əvvəldən məlumatlandırılmalıdır:

“Yəni, servis haqları barədə müştərilərə əvvəldən, menyuda qeyd etməklə, aşkar şəkildə onu bilgiləndirməklə məlumat verilməlidir. Burda qanunsuz bir məsələ yoxdur.

Məsələn, deyilə bilər ki, bunun faiz olaraq göstərilməsi doğru deyil, vahid məbləğ təyin olunmalıdır. Lakin bunu qadağan edən bir müddəa da yoxdur. Lakin bu servis haqqı barədə vətəndaşa əvvəldən xəbərdarlıq edilməsə, o servis haqqından tam imtina edə bilər. Onun bu hüququ var”.

Ekspert deyir ki, bu sahədə rəqabətli mühitdi:

“Restoranlar əyləncə sahəsidir, burda rəqabətli mühitdir, monopoliya yoxdur. Sahibkarlıq haqqında qanunda, mülki məcəllədə, lisenziyasız tənzimlənən qiymət sahəsində olan bizneslərdə, restoranlarda sahibl\kar öz məhsullarına, xidmətlərinə qiymət müəyyənləşdirə bilər. Bu sahibkarın hüququdur ”.