USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ çip istehsalçısı Nvidia-nın Recursion-a 50 milyon dollar investisiyası

13.07.2023 İqtisadiyyat
1 0
ABŞ-ın çip istehsalçısı Nvidia, dərmanların kəşfi üçün süni intellekt modellərinin inkişafını sürətləndirmək üçün biotexnoloji şirkətin Recursion-a 50 milyon dollar sərmayə qoyacaq.

Kommersant.az xəbər verir ki, ABŞ-ın çip istehsalçısı Nvidia, dərmanların kəşfi üçün süni intellekt modellərinin inkişafını sürətləndirmək üçün biotexnoloji şirkətin Recursion-a 50 milyon dollar sərmayə qoyacaq.

Recursion-dan verilən açıqlamada, süni intellektin köməyi ilə dərman kəşfi sahəsində "təməl qoyan" əsas modellərin inkişafını sürətləndirmək üçün Nvidia ilə əməkdaşlıq etdiyi bildirilib.

Açıqlamada, Nvidia-nın yeni müalicələri müəyyən etmək və dizayn etmək üçün süni intellektlə dəstəklənən modellərdən istifadə edən Recursion-a 50 milyon dollar sərmayə qoyacağı qeyd edilib.

23 min terabaytdan çox məlumat toplusundan istifadə ediləcək

Şirkətin açıqlamasında, Recursion-un Nvidia-nın bulud platformasında süni intellekt modellərini işlətmək üçün 23.000 terabaytdan çox bioloji və kimyəvi məlumat dəstlərindən istifadə edəcəyi ifadə edildi.

İnvestisiya xəbərlərindən sonra Nasdaq birjasında satılan Recursion-un səhmləri 115 faizdən çox dəyər qazanıb.

  • Əvvəlki

    Elektron siqaretin idxalına - QADAĞA QOYULUR?

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0