Hindistanda yerləşən Duukan şirkətinin baş direktoru Sumit Şah, müştəri xidmətləri işçilərinin 90 faizini süni intellektdən istifadə edəcəkləri üçün işdən çıxardığını açıqladı.
Kommersant.az xəbər verir ki, Techspot-un hesabatına görə, Twitter-dəki paylaşımlarında müştəri xidməti işçilərinin 90 faizini işdən çıxarmağın "çətin, lakin zəruri" olduğunu ifadə edən Şah, süni intellektin müştərilərə insan işçilərdən 60 qat daha sürətli cavab verdiyini iddia edib.
Şah həmçinin əlavə edib ki, müştərilərə iki dəqiqə ərzində cavab verən süni intellekt müştəri xidməti xərclərini 85 faiz azaldır.