Türkiyədə 2023-cü ilin pasport rüsumları açıqlanıb. Rüsumlarda 50 faiz artımla müəyyən edilən yeni tarifə görə, 6 aylıq pasport rüsumu 1034, 1 illik pasport rüsumu 1512 lirə, 2 illik pasport rüsumu 2469, 3 illik pasport rüsumu artıb.
Kommersant.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunan qərarda yüzdə 50 rüsum artımı ilə müəyyən edilən yeni tariflər də yer alıb.
6 aya qədər pasportun rüsumu 1034 lirə 50 qəpik olub.
1 ilə qədər pasport rüsumu 1512 lirə 45 qəpik, 2 illik pasport rüsumu 2469 lirə 15 qəpik, 3 illik pasport rüsumu isə 3507 lirə 75 qəpik hesablanıb.