“Qida Təhlükəsizliyi Agentliyinin yarandığı müddətdə ən səmərəli, yəni istehlakçıların birbaşa gündəlik həyatına təsir edən işi onu kəllə qəndlə bağlı araşdırması olub və bu məsələni məhz Azad İstehlakçılar Birliyi Qida Təhlükəsizliiy Agentliyi qarşısında qaldırıb”.
Kommersant.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda keyfiyyətsiz kəllə qəndlərin olması, hətta bu qəndləri istehsal edən çüəssələrdən bəzilərinin məhkəməyə verilməsi haqqında danışarkən deyib.
O, bildirb ki, Qida Təhlükəsizliyi Agentliyi çoxsaylı media təsirindən sonra kəllə qəndin hazırlanmasında kükürd dioksiddən istifadə edən müəssisələrin, malların adını, satış ünvanlarını yazıb:
“Yəni həmişə üstüörtülü tədbir görüldü və s.yazılırdı, yeddi ay öncə isə açıq siyahı verildi. Biz dəfələrlə bu barədə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişik.
Qeyd edək ki, kəllə qəndi düzəltmək üçün aşağıdakı üsuldan istifadə olunur: şəkər tozu suda qarışdırılır, qaynadılır və aydındır ki, şəkər tozu suda qaynadılanda müəyyən temperatura çatanda sarı rəng verir. O sarı rəngi həmin mayedən məhluldan ayırmaq üçün iki üsuldan istifadə olunur: biri mexaniki üsul mərkəzdənqaçma aparatı və yaxud Sentropuqa aparatı ilə sürətlə fırladırlar. Həmin o sarı maye məhluldan ayrılır. İkinci isə kükürd dioksit deyilən dəri aşılamasında, paltar ağartmasında istifadə olunan kimyəvi maddəndən istifadə olunur ki, hansı ki, o maddə ziyanlıdır”.
Birlik sədri qeyd edib ki, lakin qaldırılan bu məsələ araşdırılan zaman məlum olub ki, 18-ə qədər kəllə qənd istehsal edən müəssədə həmin aparatalar yoxdur və kimyəvi yoldan istifadə ediblər:
“Araşdırmadan sonra isə həmin müəssələrin fəaliyyəti dayandırıldı. Bu çox əhəmiyyətli bir məsələ idi. Çox təəssüflər olsun ki, hələ bu gün də bizə gələn məlumatlara görə, bu cür təşəbbüslər var. Yəni şəkər tozundan ağ kəllə qənd hazırlamaq üçün kükürd diaksinin miqdarı standartdan artıq vurmaqla artırmaq cəhdləri var. Azad İstehlakçılar Birliyi daim məsələləri təqib edir və məlumatlar əldə edən kimi Qida Təhlükəsizliyi Agentliyinə məlumat verir”.
Eyyub Hüseynov deyir ki, belə neqativ hallara qarşı həm də ictimai nəzarət lazımdır:
“İctimai nəzarət media üzərindən getməlidir. Media nümayəndələrinin qaldırdıqları məsələlər dövlət orqanları tərəfindən tam izlənilməli, təqib olunmalıdır. Biz buna nail olmaq üçün media və cəmiyyətin əməkdaşlığını, o cümlədən dövlət orqanlarının əməkdaşlığını təbliğ etməliyik”.