Rusiya baş nazirinin müavini Aleksandr Novak, Rusiyanın neft hasilatını azaltma qərarına uyğun olaraq il sonu proqnozlarını dəyişmədiklərini ifadə edərək, "2023-cü il üçün 515 milyon ton neft hasilatı hədəfini dəyişmədik. Bu hədəf qərarlara əsaslanır. Hasilatın azaldılması da daxil olmaqla alındı” deyilib.
Novak Rusiyanın Krasnoyarsk şəhərində neft hasilatı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Rusiyanın avqust ayında neft ixracını gündəlik 500 min barel azaltma qərarının ölkənin hasilatının eyni sürətlə azalacağı anlamına gəlib-gəlmədiyi ilə bağlı sualı cavablandıran Novak, "Şirkətlər necə davranacaqlarına qərar verəcəklər. İxrac və ya hasilatı azaldacaqlar, lakin ümumiyyətlə, bizim vəzifəmiz dünya bazarlarına çıxmaqdır, tədarükü azaltmaqdır” dedi.
Qeyd edək ki, keçən həftə Səudiyyə Ərəbistanı iyul ayında könüllü olaraq həyata keçirdiyi gündəlik 1 milyon barel neft hasilatını azaltma qərarını avqust ayı da daxil olmaqla uzatdı, Rusiya isə avqust ayında neft ixracını könüllü olaraq gündəlik 500 min barel azaltmağa qərar verdiyini açıqladı.