USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə çayın qiyməti qalxdı

14.07.2023 İqtisadiyyat
0 0
Türkiyədə iyunun əvvəlində baş verən 43 faiz artımdan sonra çaya növbəti bahalaşma gəldi. Çaykur quru çayın qiymətini 9,5 faiz bahalaşdırıb.

İyunun əvvəlində çayda yüzdə 43 artımdan sonra iyul ayında yeni bir artım gəldi.

Blomberg HT-dən İrfan Donatın xəbərinə görə, Çaykur yenə çayın qiymətini orta hesabla 9,5 faiz artırıb. Belə ki, iyunun 8-dən etibarən quru çay qiymətlərində cəmi 56,6 faiz artım edilib. Topdansatış şirkətlərinə yeni qiymət siyahıları göndərilməyə başlandı.