USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın idxal etdiyi buğdanın qiyməti azaldı - Çörək ucuzlaşacaq?

14.07.2023 İqtisadiyyat
0 1
“Azərbaycanda bazarın bütün seqmentləri inhisardadı. O cümlədən də çörək istehsalı, un idxalı. İnhisarçı bazarda isə sahibkar heç vaxt maya dəyəri aşağı düşəndə qiyməti aşağı salmağa maraqlı olmur”.

Kommersant.az xəbər verir ki, bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Dövlət Gömrük Komitəsinin Azərbaycana idxal edilən buğdanın qiymətləri ilə bağlı açıqladığı statistik göstəricini şərh edərkən deyib.

İqtisadçı deyir ki, Azərbaycana hazırda 12.5 faiz zülala sahib 3-cü sinif buğda idxal olunur. Bu buğda Rusiyada 200 dollardı:

“Bu gün taxılın tonu Azərbaycana Rusiyadan 340 manata gətirilir. Həmin 340 manatlıq buğdadan təxminən 800 kq un alınır. Yerdə qalan 200 kq kəpəyi fikirləşməsək, 340 manatı 800 kiloqrama bölsək, unun maya dəyəri təxminən 22-23 qəpiyə gəlir. Ancaq hazırda unun topdansatış qiyməti təxminən 65 qəpikdir. Bu gün unun da qiyməti yüksəkdir, hazırda çörəyində qiyməti maya dəyərindən bir neçə dəfə çoxdur. Amma buna baxmayaraq, çörəyin qiyməti sabit olaraq saxlannılır. İl yarımda zavod çörəyinin qiyməti 10 qəpik azalıb. Əvvəl 70, daha sonra 65, indi isə 60 qəpikdir çörəyin qiymət”i.

Akif Nəsirli bildirib ki, bazar inhisarçı olduğuna görə maya dəyərindəki azalma bazardakı qiymətə dərhal təsir etmir:

“Bu zaman sahibkar daha çox qazanır, sahibkarın qiyməti endirməsinin yeganə səbəbi rəqabətdi. Bu iqtisadi cəhətdən ekspertin proqnozlaşdıracağı bir məsələ deyil. Buna hökumət təsir edə bilər.

Bəzən hökumətin bəzi xidmətlərinin təsiri ilə qiymətlər müəyyən miqdarda aşağı düşür.

Bazar iqtisadiyatı ilə çalışan ölkədə isə hökumətin sahibkara təzyiq etməsi yolverilməzdir. Bizdə isə bazar iqtisadiyyatı deyil. Bazar iqtisadiyyatınnda isə inhisarçılıq ən çox 10 faizin altında olmalıdır. Amma bu gün bizdə inhisarçılığın neçə faizi olduğu bilinmir”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 145 milyon 565 min dollar dəyərində 493 min 210 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 23% və ya 92 min 462 ton, məbləğ baxımından isə 1,8% və ya 2 mln. 691 min çoxdur. 2022-ci ilin ilk altı ayı ərzində Azərbaycana 142 milyon 965 min dollar dəyərində 400 min 748 ton buğda idxal edilib.