Məlumatlar Çində iqtisadi artımın yavaşladığını göstərdiyi üçün neft qiymətləri ucuzlaşıb.
Kommersant.az xəbər verir ki, həftənin ilk ticarət günündə qlobal bazar treyderləri tərəfindən Çindən gələn ikinci rübün iqtisadi məlumatları qəbul edildi, neft qiymətləri isə aşağı düşdü.
Bazar ertəsi Asiya sessiyasında satılan beynəlxalq benchmark Brent markalı neft 1 faiz ucuzlaşaraq 79,23 dollar/barelə, ABŞ-ın Qərbi Texas markalı nefti (WTI) eyni sürətlə ucuzlaşaraq 74,59 dollara düşüb.
Qeyd edək ki, Çinin dayanmış iqtisadiyyatının bərpası ilə bağlı narahatlıqlar bu il neftə tələbatı zəiflədib.