Yaponiya təbii qazın dünya ehtiyatı yaratmağı təklif etdi. Bloomberg xəbər verir ki, müvafiq ideya Beynəlxalq Enerji Agentliyinə (BEA) ölkənin Ticarət Nazirliyi tərəfindən göndərilib.
Kommersant.az xəbər verir ki, ABŞ-ın neft sektorunda fövqəladə ehtiyata bənzətməklə dünya qaz ehtiyatının yaradılması təklif edilir. Bu tədbir sazişdə iştirak edən ölkələrə yanacaqla bağlı problemləri həll etməyə kömək etməlidir: "Onun çatışmazlığından qaçmaq və qiymətləri sabitləşdirmək lazımdır".
İdeyanın iyulun 18-də Tokioda keçiriləcək LNG istehsalçıları və istehlakçılarının konfransı zamanı müzakirə edilməsi planlaşdırılır.
Aİ-yə üzv ölkələrin təbii qazın saxlanması üçün hədəfləri var. Asiyada yanacaq əsasən mayeləşdirilmiş formada (LNG) saxlanılır ki, bu da uzunmüddətli saxlama demək deyil, çünki zaman keçdikcə qaz buxarlanır.