USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya bazarında Aİ 92 maksimum həddə çatdı - Azərbaycanda qiymət artacaq?

17.07.2023 İqtisadiyyat
0 0
Natiq Cəfərli bildirib ki, Rusiya da bu qiymətlər birjada müəyyənləşir:

“Ona görə də bu qiymətlərə birjadakı qiymətlər və mövsümü xarakterli qiymətlər də təsir göstərir.

Məsələn, indi yay mövsümüdür, məzuniyyətlər dövrüdür, Rusiya vətəndaşlarının da xaricə çıxışında müəyyən məhdudiyyətlər var, bir başa reyslər azalıb, daxili turizm inkişaf edir. Daxili turizmdə isə avtomobillə səyahət edən insanların sayı artıb, bunun üçün isə benzin lazımdır. Benzinə tələbat artan kimi bazar qaydalarına uyğun Rusiya ərazisində qiymətlər yüksəlib.
Bizdə isə Aİ 92 və dizel yanacağının qiymətini bir başa Tarif Şurası və dövlət müəyyənləşdirir, ona görə də bu qiymətlər yalnız hökumətin qərarı ilə artıb və ya azala bilər”.
İqtisadçı qeyd edib ki, premimum markalı Aİ 95 benzini ilə bağlı isə vəziyyət başqadır:
“Bu benzinin qiymətləri Tarif Şurasının nəzarətindən çıxarılıb. Bu qiymətlər formal olaraq azad bazar şəraitində formalaşmalıdır, təəssüf ki, biz yanacaqdoldurma məntəqələrində fərqli qiymət görə bilmədik. Çünki bu benzin eyni şirkət tərəfindən bazara gətirilir, ona görə də qiyməti onlar müəyyən edirlər”.
Natiq Cəfərli deyir ki, bizdə Aİ 95 markalı benzinin qiyməti ucuzlaşmalıdır:
“Çünki keçən ilin yay aylarında qiymət qalxarkən neftin qiyməti 112-115 dollar idi, amma indi neftin qiymtəi 78-80 dollar arası dəyişir. Yəni 30 faizə qədər ucuzlaşma var. Biz də Aİ 95 markalı benzini xaricdən alırıq. Orda isə bu benzinin qiymətində 20-25 faiz ucuzlaşma var. Lakin hələ də bizdə bu markalı benzinin qiymətində bir dəyişiklik yoxdur”.

Qeyd edək ki, Aİ-92 markalı benzinin birja qiyməti tarixi maksimumunu yeniləyib.
Rusiyanın Avropa hissəsində Requlyar-92 (AI-92) markalı benzinin qiyməti ardıcıl dördüncü ticarət günüdür ki, tarixi maksimumunu yeniləyir. Çərşənbə axşamı keçirilən hərracda, Sankt-Peterburq Beynəlxalq Xammal Birjasının məlumatına görə, Aİ-92-nin bir tonunun dəyəri 59,551 min rubla (1113 azn) çatıb.