USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taxıl müqaviləsi başa çatdı

17.07.2023 İqtisadiyyat
0 0
Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiyanın geri çəkilməsi ilə başa çatdı.

Kommersant.az xəbər verir ki, Rusiya Qara Dəniz Taxıl Sazişində iştirakını dayandırıb. Rusiya Xarici İşlər Nazirliyi Türkiyə, Ukrayna və BMT-ni Taxıl Sazişinin uzadılmayacağı barədə məlumatlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Qara Dəniz Taxıl Sazişində iştirakının bu gündən etibarən dayandırıldığını açıqlayıb.

BMT və Türkiyənin liderliyi ilə 2022-ci ilin iyul ayında qüvvəyə minən Taxıl Müqaviləsi Ukraynadakı müharibənin qlobal ərzaq böhranı yaratmasının qarşısını almağı hədəfləyirdi.

Kreml Rusiya tərəfindən müqavilənin uzadılması şərtlərinin aylardır yerinə yetirilmədiyini bəyan edib və müqavilənin ləğvinin Krım körpüsünə hücumla bağlı olmadığını vurğulayıb.

Bəyanatda o, Taxıl Müqaviləsinə xitam vermə qərarının Krım körpüsünə hücumdan əvvəl Putin tərəfindən verildiyini xatırladıb.

  • Əvvəlki

    Payızda referendum keçiriləcək - Parlament belə olacaq

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0