USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Dövlət qurumları göstəricilərində ciddi şişirtmələrə yol verir” - Akif Nəsirli

18.07.2023 İqtisadiyyat
0 0
“Ölkənin dövlət şirkətlərinin demək olar ki, hamısı zərərlə işləyir, müflisləşib”.

Kommersant.az xəbər verir ki, bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ölkənin əsas dövlət qururmlarının zərərlə işləməsinin səbəblərindən danışarkən deyib.

Ekspert deyir ki, Azərbaycanda dövlət qurumları dövlət büdcəsini mənimsəməklə məşğuldu:

“Həmin qurumlarda kifayət qədər korrupsiya əməlləri var. Bu qurumlarda şişirdilmiş işçi sayı, işçi nominklaturası mövcuddur. Həmin qurumlar işçi sayı artıranda bunu humanizm kimi qələmə verirlər. Lakin işçi sayının yersiz olaraq şişirdilməsi xərclərin artmasına gətirib çıxarır. Dövlət qurumları bu istiqamətdə ciddi şişirtmələrə yol verirlər.

2019-cu il də Hesablama Palatasının yaydığı hesabata əsasən hesablamışdım ki, “Azərsu” əhaliyə satdığı suyun hər bir kubmetirini təxminən 40 manata satıb. Qeydiyyatla bir manatını vətəndaşdan 39 manatını isə dövlət büdcəsindən alıb.

Yəni dövlət büdcəsinə ödədiyi hər bir manata görə, dövlət büdcəsindən əlavə 39 manat alıb. Dünyanın heç bir yerində belə ödəmə prinsipi yoxdur”.

Ekspert deyir ki, vəziyyətdən təkcə çıxış yolu dövlət şirkətlərinin özəlləşdirilməsidir:

“Dövlət qurumları da deyir ki, dövlət şirkətləri özəlləşsə, vətəndaşa göstərilən xidmətlərin qiyməti bahalaşacaq.

Hökumətin vətəndaşların sosial müdafiəsi baxımından gətirdiyi arqument əsassızdır. Özəl şirkətlərin fəaliyyəti zamanı da vətəndşaların fəaliyyətini təşkil eləmək mümkündür. Dövlətin bu gün “Azərsu”ya, “Azərişığ”a, “Azəriqaz”a ödədiyi kompensasiyanın on faizini vətəndaşa ödəsə, kifayət edəcək, hər şey qaydasına düşəcək”.