USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyə Ərəbistanı ilə imzalar atıldı

18.07.2023 İqtisadiyyat
0 0
Türkiyə ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiya, müdafiə sənayesi, enerji və kommunikasiya sahələrində sazişlər imzalanıb.

Kommersant.az xəbər verir ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiya, müdafiə sənayesi, enerji, müdafiə və kommunikasiya sahələrində müqavilə imzalanıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın görüşlərindən sonra sazişlər imzalanıb.

Səudiyyə Ərəbistanının İnvestisiya naziri Falih, 2030-cu il çərçivəsində cəmi 3 trilyon Səudiyyə riyalı (810 milyard dollar) və 300 milyard dollarlıq şaxələndirilmiş sərmayələri hədəflədiklərini ifadə edərək, “Türk özəl sektorunun varlığına böyük əhəmiyyət veririk. İki ölkənin özəl sektorları bir araya gələndə nə qədər güc nümayiş etdirəcəyimizi təsəvvür edə bilmirəm".

Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu Prezident yanında İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih imzalayıb.