USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Taxıl Sazişi” dayandı - Bu qiymətlərə necə təsir edəcək?

18.07.2023 İqtisadiyyat
0 0
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Qara Dəniz “Taxıl Sazişi”də iştirakının bu gündən etibarən dayandırıldığını açıqlayıb. BMT və Türkiyənin liderliyi ilə 2022-ci ilin iyul ayında qüvvəyə minən Taxıl Müqaviləsi Ukraynadakı müharibənin qlobal ərzaq böhranı yaratmasının qarşısını almağı hədəfləyirdi. Kreml Rusiya tərəfindən müqavilənin uzadılması şərtlərinin aylardır yerinə yetirilmədiyini bəyan edib və müqavilənin ləğvinin Krım körpüsünə hücumla bağlı olmadığını vurğulayıb. Rusiyanın bu qərarı dünyada taxıl qiymətlərinə necə təsir edəcək?

Kommersant.az xəbər verir ki, məsələni Xalid Kərimli ilə müzakirə edib.

Ekspert qeyd edib ki, Rusiyanın bu “Taxıl Sazişi”dən çıxacağı ilə bağlı gözləntilər böyük idi və onun bu sazişi uzatmayacağı ilə bağlı qərarı taxılın qiymətini 3 faiz bahalaşdırıb:

“Hələ Türkiyə və Ukrayna rəhbərləri görüşəndə Rəcəb Tayyip Ərdoğan demişdi ki, avqust ayında prezident Putinlə görüşəcək və bu görüşdə taxıl dəhlizini müzakirə edəcək.

Bu o demək idi ki, artıq Ərdoğan bu sazişin iyul ayında uzanmayacağı ilə bağlı məlumatlı idi, üstəlik Lavrovun, Peskovun, hakimiyyətə yaxın şəxslərin bəyanatlarından da məlum idi ki, bu saziş uzanmayacaq.

Çünki taxıl dəhlizi ilə bağlı şərt təkcə taxılın ixracı ilə bağlı deyildi. Eyni zamanda Rusiyanın başqa tələbləri də var idi.

Rusiyanın tələbləri onun aqrar sektoruna yeni sanksiyaların tətbiq edilməməsi və tətbiq edilən digər sanksiyaların aradan qaldırılmasına dair idi. Və gözlənilən o idi ki, Qərb buna razı olmayacaq”.

Xalid Kərimli bildirir ki, təkcə taxıl qiymətləri deyil, eyni zamanda bitki mənşəli yağlarının qiymətində də artım olacaq:

“Keçən ildən başlayaraq taxıl bitkilərinin qiyməti ucuzlaşırdı.

Hər bir taxıl bitkiləri növü son 12 ayda 30 faizə qıdır ucuzlaçmışdı və davam edirdi. Məsələn, bu məhsullar ötən ay 2 faizdən bir az çox ucuzlaşmışdı. Ucuzlaşma artıq taxıl dəhlizinin işləməməsi ilə dayanacaq. Lakin biz ötən ilki gərginliyi müşahidə etməyəcəyik. Əvvəllər informasiya məhdudiyyəti var idi. Ukrayna dünya taxıl və duru yağları bazarında hökmran mövqeyə malik idi. Taxılda dünya ixracatının 7-8 faizi Ukraynanın payına düşürdü”.

Ekspertin sözlıərinə görə, taxıl dəhlizinin dayanması bir mənalı olaraq Ukraynadan dünyaya taxıl ixracatına əngəldir:

“Amma keçən ildən fərqli olaraq qiymətlər bahalaşmayacaq, çünki burda fərqli nüanslar var. Birinci Ukrayna əvvəl düşünürdü ki, müharibə başlayır və Ukrayna taxıl ixrac edə bilməyəcək. Amma indi Ukrayna Polşay, Rumıniyaya, Avropaya taxıl ixrac edir. Lakin ötən ilin axırlarında, bu ilin əvvələrində Polşa fermerləri etiraz etdi. Ukrayna tam olaraq taxıl bazarından çıxmayacaq. Baxmayaraq ki, bu Polşanın, Rumıniyanın, Avstriyanın fermerlərinin narazılığına səbəb olacaq, lakin bu quru xətti işləyəcək. Keçən ildən fərqli olaraq Rusiya, Braziliya və Amerika dünya bazarına daha çox taxıl çıxara bilir. Rusiya keçın il taxıl ixracatına rüsum tətbiq etsə də, bu il həmin rüsum da azalıb. Bunun özü də taxıl qiymətlərinə təsir edir. Dediyim bu faktolar taxıl dəhlizinin işləməsi nəticəsində taxıl bitkilərinin qiymətlərinin kəskin bahalaşmasının qarşısını alacaq. Çox az artım olsa da bazar buna öyrənəcək”.