Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 3 milyon 155 min 79 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 473 milyon 809 min ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən (DGK) "Kommersant"-a verilən məlumata görə, altı ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 12 min 345 ton yükün dəyəri 368 milyon 439 min ABŞ dolları təşkil edir.
Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 2 milyon 142 min 734 ton, dəyəri isə 1 milyard 105 milyon 370 min ABŞ dollarıdır.