USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəqabəti məhdudlaşdıran Apple və Amazon-a böyük cəza

19.07.2023 İqtisadiyyat
0 0
İspaniyanın Milli Rəqabət Şurası (CNMC) ABŞ-ın Apple və Amazon şirkətlərini onlayn bazarda rəqabəti məhdudlaşdırdığına görə ümumilikdə 194 milyon 150 min avro cərimələyib.

Kommersant.az xəbər verir ki, CNMC-nin verdiyi açıqlamada Amazon və Apple qruplarına bağlı müxtəlif şirkətlərin "onlayn bazarda rəqabətə müəyyən məhdudiyyətlər qoyduğu" üçün ümumilikdə 194 milyon 150 min avro cərimə olunduğu bildirilib.

İspaniya Rəqabət Şurasının Apple-ı 143 milyon 640 min avro, Amazonu isə 50 milyon 510 min avro cərimələdiyi açıqlanıb.

Açıqlamada, Apple və Amazon-un 31 oktyabr 2018-ci il tarixində Amazon-un Apple-ın səlahiyyətli satıcısı olması üçün şərtləri müəyyən edən protokol imzaladıqları və burəqabətlə əlaqədar rəqabəti məhdudlaşdıran bəzi müddəaların da yer aldığı qeyd edilib.

Apple məhsullarının pərakəndə satışı üçün İspaniyada Amazon saytından istifadə edən satıcıların 90 faizindən çoxu Apple və Amazon arasındakı protokola görə İspaniyadakı onlayn əsas bazardan kənarda qalıb. (Apple və Amazon-a böyük cəza İspaniyanın Milli Rəqabət Şurası (CNMC) onlayn bazarda rəqabəti məhdudlaşdırdıqları üçün Apple və Amazon-u cərimələdi.

  • Əvvəlki

    Kriptovalyutanın bazar dəyəri 1,2 trilyon dollara çatır

Digər xəbərlər

16.01.2025 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
16.01.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0