USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyun ayında Avrozonada inflyasiya aşağı düşüb

19.07.2023 İqtisadiyyat
0 0
Avropa Statistika İdarəsi (Eurostat) iyun ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb. İyun ayında Avrozonada inflyasiya illik bazda 5,5 faiz təşkil edib.

Avropa Statistika İdarəsi (Eurostat) iyun ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb.

İyun ayında Avrozonada inflyasiya illik bazda 5,5 faiz təşkil edib.

Buna görə, Avro Bölgəsində may ayında yüzdə 6,1 olan illik inflyasiya, iyun ayında yüzdə 5,5 oldu.

Aİ-də may ayında yüzdə 7,1 olan illik inflyasiya iyunda yüzdə 6,4 olub.

Avro Bölgəsində inflyasiyanın 2,35 faizini ərzaq, alkoqol və tütün məmulatları, 2,31 faizini xidmətlər, 1,42 faizini isə qeyri-enerji sənayesi məhsulları təşkil edib.

İyun ayında Macarıstanda illik inflyasiya 19,9 faiz, Slovakiyada 11,3 faiz, Çexiyada 11,2 faiz təşkil edib. Sözügedən dövrdə inflyasiya İtaliyada 6,7 ​​faiz, Almaniyada 6,8, Fransada isə 5,3 faiz təşkil edib.

  • Əvvəlki

    Rəqabəti məhdudlaşdıran Apple və Amazon-a böyük cəza

Digər xəbərlər

16.01.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
16.01.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
15.01.2025 İqtisadiyyat
Noyabrda Avrozonada sənaye istehsalı artıb
0 0
15.01.2025 İqtisadiyyat
BlackRock-un aktivləri rekord vurdu
0 0