USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnflyasiyanı necə birrəqəmliyə endirmək olar? - İqtisadçı izah edir

20.07.2023 İqtisadiyyat
92 15
“İnflyasiya hər zaman olub, həmişə də mərhələli şəkildə gedib. Lakin bu sürətlə, bu həcmdə olmayıb. Dünya iqitsadiyyatının özü infilyasiya ilə mübarizə aparır”.

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Fuad İbrahimov “ölkədə inflyasiyanı necə birrəqəmliyə endirmək olar” sualına cavab verərkən deyib.

İqtisadçı deyil ki, inflyasiya tək Azərbaycanda deyil, bu proses bizə dünyanın iqitsadiyyatının, eyni zamanda pandemiya ilə mübarizənin nəticəsində yaranıb:

“Dünyada bahalaşan, ölkəmizə idxal etdiyimiz məhsullar var. Onlar da ölkəyə bahalaşma qiymətinə həmin məhsulları gətirir. Belə olduğu halda bunu yerli istehsal ilə əvəz etməliyik, bunu sürətləndirməliyik. İkincisi biz özümüz inflyasiya istehsal edirik. 2021-ci ildə benzin, dizel bahalaşmadan əvvəl biz iqtisadçılar bunu demişdik. Və dizelin qiyməti 33 faiz bahalaşdı. Və bu da bir başa olaraq bazarda bahalaşma ilə hiss olunur”.

Fuad İbrahimov deyir ki, bu sahədə problemlərdən biri inhisarçılıqdır:

“İnhisarçılıq Azərbaycan iqtisadiyyatına təsir edən amildir. Məsələn, mən anama Türkiyədən 14 manata dərman almışam, o dərman burda 75 manatdır. Biz onun vergisini, ƏDV-sini, idxal rüsumunu ödəsək də, 20 manatdan çox etməz. Lakin bu dərman bizdə 3.5 dəfə bahadır. Bu adicə bir faktdır. Bununla mübarizə aparılmalıdır.

Marketlərdəki məhsullarla bağlı qiymətlər araşdırılmalıdır. Marketlərdə ən azı 30-40 faiz süni qiymət artımı var. Sağlam rəqabət mühiti formalaşsa, bazara rahatlıqla məhsul daxil ola bilsə, əngəllər törədilməsə biz bunun qarşısını ən rahat yolla alacağıq.

Çünki bizdə süni inflyasiya da çoxdur”.

  • Əvvəlki

    ABŞ Vyetnamla münasibətləri yaxşılaşdırmaq istəyir

Digər xəbərlər