USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ARDNF-ın aktivləri artdı, fonddan büdcəyə daxil olmalar azaldı - ŞƏRH

20.07.2023 İqtisadiyyat
38 0
“İndi dövlət büdcəsində profisitdi, ona görə fonddan artıq pul vəsaitlərinin daxil olmaması məntiqlidir”.

Kommersant.az xəbər verir ki, bunu Dövlət Neft Fondundan Azərbacan büdcəsinə daxil olmaların azalması haqqında danışarkən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib.

İlham Şaban deyir ki, büdcəyə bu vəsaitlər daxil olarkən neftin qiymətini 50 dollardan götürülüb.

Yəni belə müyyənləşib ki, Dövlət Neft Fondunun gəlirlərindən büdcəyə müəyyənləşdirilmiş vəsait köçürüləcək, qalan vəsaitdən də transferlər olacaq. Ancəq əvvəldən faktiki olaraq həmin qiymətlər 50 faiz yuxarı olacaq. Nəticədə istər Dövlət Neft Şirkəti olsun, istər digər neft şirkətləri olsun, onların dövlət büdcəsinə köçürmələri kəskin artdı.

Dövlət büdcəsində birinci yarım ildə bir milyard manat ancaq Dövlət Neft Şirkəti pul köçürüb. Şahdəniz və AÇQ-dən köçürmələr 3milyard olub. Ancaq bu vəsaitin 2 milyard olacağı proqnoz edilmişdi, bu vəsait 2 dəfə çox oldu. Ona görə də büdcəyə əlavə vəsait köçürülməsinə ehtiyac olmadı”.

Qeyd edək ki, Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) aktivləri 12% artaraq iyulun 1-nə 54 milyard 915,1 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, yanvar-iyun aylarında ARDNF-nin büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib. Azərbaycan Maliyyə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 5640,0 milyon manat məbləğində transfertə qarşı 2661,0 milyon manat məbləğində transfert daxil olub.

Məlumata görə, hesabat dövründə dövlət büdcəsinə vergi, gömrük rüsumları və idxala vergi daxilolmalarında müşahidə olunan müsbət dinamika ARDNF-in cari ilin birinci yarımilliyi üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 2979,0 milyon manat və ya 52,8 faiz az istifadə olunmasına imkan verib.

  • Əvvəlki

    Aqrar Sənaye Banklarının yaradılması problemin həlli deyil - Yük dövlətin üzərinə düşəcək

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0