USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə ilə BƏƏ arasında 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb

20.07.2023 İqtisadiyyat
25 0
Rabitə Müdirliyindən verilən açıqlamada, "Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə 13 sənəd imzalanıb və qəbul edilib. Razılaşmaların ümumi məbləği 50,7 milyard dollardır" deyilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və BƏƏ prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan iki ölkənin nümayəndə heyətləri arasında Əl Vətən sarayında keçirilən görüşdə iştirak ediblər.

Burada çıxış edən Ərdoğan Əbu-Dabiyə yenidən səfər etməkdən xoşbəxt olduğunu bildirib, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Əl Nahyana təşəkkür edib.

BƏƏ ilə diplomatik əlaqələrin 50-ci ildönümündə yaxın dialoq və əməkdaşlığın inkişafından məmnun olduqlarını vurğulayan Ərdoğan, ortaq anlaşma memorandumunun imzalanması ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatacağını bildirib.