USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu hərraclar formal xarakter daşıyır - Natiq Cəfərli

21.07.2023 İqtisadiyyat
96 18
“Bizdə keçirilən bu hərraclar formal xarakter daşıyır”

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli Azərbaycanda dövlət əmlaklarının hərraca çıxarılması haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, dövlət əmlaklarının hərraca çıxarılması ilk deyil, son dəfə də olmayacaq:

“İl ərzində bir neçə dəfə belə məlumatlar çıxır. Amma görünən odur ki, bu hərraclar maraqla qarşılanmır. Çünki Azərbaycanda qiymətli kağızlar bazarı, səhm bazarı, investorlar üçün cəlb edici şəraitin olması ilə bağlı bəzi problem və suallar var”.

Natiq Cəfərli deyir ki, ona görə də çox zaman bu hərraclar formal xarakter daşıyı:
“Ya həmin obyektləri dövlətin nəzarətində olan zaman kimlərsə direktordurdusa ya onlar rəsmiləşdirərək özəlləşdirmə vasitəsi ilə bu obyektləri alırlar, ya kollektivin adına rəsmləşdirilirərək özəlləşdirilir. Bizdə praktikada klassik anlamda auksion, təkliflər paketi hazırlansın, ciddi şəkildə bu auksionlarda şirkətlər iştirak eləsin deyə bir qayda yoxdur. Bunun da nəticəsi olarar bu hərraclar formal xarakter daşıyır”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 1 və 8 avqust tarixlərində ümumilikdə 90 dövlət əmlakını hərraca çıxaracaq.