Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord bildirib ki, Ukraynadan Rumıniya vasitəsilə taxıl ixracı ərzaq sazişini əvəz etməyəcək.
Kommersant.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
“Taxıl müqaviləsi Qara dəniz vasitəsilə ayda 3 milyon tona qədər məhsul nəql etməyə imkan verir. Digər marşrutlar, məsələn, Rumıniyadan keçməklə, sahil boyu və ya qurudan keçmək, ilk növbədə, qidanın qiymətini artıracaq, çünki tədarük həcmi azalacaq”.
Onun sözlərinə görə, Rumıniya limanlarından istifadə də problemi həll etməyəcək, çünki Rusiya Qara dənizdəki istənilən gəmini hərbi hədəf kimi qəbul edəcək.
Bundan əlavə, daha əvvəl Ukrayna taxılının ixracı ilə bağlı daha bir problem barədə məlumat verilmişdi. Xüsusilə, söhbət Rumıniya limanlarının yerləşdiyi Dunay çayının anomal istisindən və dayazlaşmasından gedir.
Xatırladaq ki, Qara Dəniz Taxıl Təşəbbüsü iyulun 17-də başa çatıb. Rusiya prezidenti Vladimir Putin müqavilənin yalnız Moskvanın tələblərinin yerinə yetirildiyi təqdirdə yenilənə biləcəyini bildirib.