ABŞ Federal Ehtiyat Sistemi (FED) Sürixdə yerləşən UBS bankını iyun ayında aldığı Credit Suisse-in Archegos Capital Management ilə əməliyyatlarında risklərin idarə edilməsində uğursuzluqlara görə 268,5 milyon dollar cərimələyib.
FED-in verdiyi açıqlamada, 2021-ci ildə Credit Suisse-nin investisiya fondu olan Archegos-un defoltuna görə təxminən 5,5 milyard dollar itirdiyi ifadə edildi.
Credit Suisse-in dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Archegos-un yaratdığı riski lazımi səviyyədə idarə edə bilmədiyinə diqqət çəkən FED İdarə Heyəti Credit Suisse-dən qarşı tərəfin kredit riskinin idarə edilməsi təcrübələrini təkmilləşdirməsini və bankın ABŞ-dakı əməliyyatlarında digər risklərin idarə edilməsi proqramlarında uzun müddətdir mövcud olan çatışmazlıqların aradan qaldırılmasını istəyib.
Açıqlamada, FED-in bu çərçivədə UBS-ni 268,5 milyon dollar cərimə etdiyi bildirilib.
FED İdarə Heyətinin hərəkətinin İsveçrə Maliyyə Bazarlarına Nəzarət Qurumunun və İngiltərə Bankının Prudensial Tənzimləmə Qurumunun (PRA) tədbirləri ilə həyata keçirildiyi diqqətə çatdırılaraq, Şura və PRA tərəfindən açıqlanan cəzaların cəminin təxminən 387 milyon dollar olduğu qeyd edilib.