USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mənfəətin açıqlanmaması bankların vəziyyətinin pis olmasından xəbər verir - Əkrəm Həsənov

24.07.2023 İqtisadiyyat
12 13
“Mənfəətin olmaması bir qayda olaraq, istənilən şirkətin, bankın maliyyə vəziyyətinin pis olmasından xəbər verir”.

Kommersant.az xəbər verir ki, bu sözləri bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bəzi bankların 2023-cü ilin birinci rübüə aid maliyyə göstəricilərini açıqlamamasının səbəbini şərh edərkən deyib.

Mütəxəssi deyir ki, bizdə bəzi bankların tarixində belə hallar olur:


“Amma bu həmişə belə deyil, istisnalar ola bilər. Xeyli illər mənfəətsiz işləyib, çünki problemli kreditləri olub. Bu problemləri həll edəndən sonra mənfəət əldə edib. Bu məsələdə ehtiyatla yanaşmaq lazımdı. Böyük ehtimalla ki, onların vəziyyəti yaxşı deyil, lakin ola da bilərlər ki bu problemin öhdəsindən gəlsin”.

Əkrəm Həsənovun sözlərinə görə, bu həm də bankların spesifikasıdır:

“Çünki bankların xərcinə həm də problemli kreditlər üzrə ehtiyatların yaradılması daxildir. Mərkəzi Bankın qaydaları ilə gecikmə müddətindən asılı olaraq, girov təminatının olub-olmamasından asılı olaraq bank ehtiyatlar yaratmalıdır. Bank bu ehtiyatı yaradır, bu pul da onun xərcinə gedir. Lakin pul ondan çıxmır, bankda qalır. Sabah ola bilər ki, bank həmin krediti qaytarsın. Bu kredit qayıdan kimi həmin ehtiyatları yenidən qaytarır. Bu da mənfəətə hesablanır”.

  • Əvvəlki

    “Kapital Bank”ın cəmi kapitalı artıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0