USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elon Musk yenidən dünyanın ən zəngini oldu

24.07.2023 İqtisadiyyat
35 9
Tesla və SpaceX-in baş direktoru İlon Mask LVMH lüks mallar qrupunun prezidenti Bernard Arnonu geridə qoyaraq “dünyanın ən varlı adamı” titulunu bərpa edib.

“Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısına əsasən, Maskın sərvəti yerli vaxtla günorta saatlarında 1,75 faiz artaraq 240,7 milyard dollara çatıb. Qiymətləndirmədə artım Tesla səhmlərinin 2,5 faizdən çox artması ilə əlaqədar olub.

Louis Vuitton, Christian Dior və Tiffany şirkətlərinin sahibi olan lüks mallar nəhəngi LVMH-nin sədri Arnaultun sərvəti 1 faizdən çox azalaraq 234,9 milyard dollara düşüb.

Beləliklə, Mask Arnonu geridə qoyub və dünyanın ən varlı adamları siyahısında birinci yeri tutub.

Amazonun qurucusu və bir müddət dünyanın ən varlı adamı olan Ceff Bezos 151,9 milyard dollar sərvəti ilə üçüncü yeri tutub.

Bezosu 148,1 milyard dollarla Oracle qurucusu və keçmiş baş icraçı direktoru Larri Ellison, 120,6 milyard dollarla Microsoft qurucusu Bill Qeyts və 117,3 milyard dollarla Berkshire Hathaway şirkətinin rəhbəri Uorren Baffet izləyir.

Keçən il Twitter-i 44 milyard dollara satın alan Mask dünən şirkətin loqosunu “mavi quş”dan “X” hərfinə dəyişərək X.com domen adını sayta yönləndirib.

  • Əvvəlki

    Almaniyadan müdafiəyə 20 milyard avro investisiya

Digər xəbərlər