USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Baku Steel Company"ə protokol yazıldı - 12 minlik cərimə

25.07.2023 İqtisadiyyat
25 18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Baku Steel Company" QSC barəsində inzibati protokol tərtib edib.

32gun.az-ın məlumatına görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Nazir Kamal İbrahimovun rəhbəri olduğu şirkəti yoxlatdırdı -12 minlik cərimə

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Əgər təsdiqini taparsa "Baku Steel Company" QSC 10500 manatdan, 12500 manatadək cərimə ediləcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayev və “Baku Steel Company” şirkətinin baş Kamal İbrahimovdur.