USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən bahalı şəhərləri bəlli oldu

25.07.2023 İqtisadiyyat
28 13
İşçi qüvvəsi ilə bağlı məsləhətlər verən Mercerin araşdırmasına görə, Honq-Konq dünyanın ən bahalı şəhəri statusunu qazanıb.

Mercer Yaşayış Qiyməti Araşdırması 5 qitənin 227 şəhərində aparılıb.

Mənzil, nəqliyyat, qida, geyim, məişət əşyaları və əyləncə də daxil olmaqla 200-dən çox maddə üzrə müqayisəli xərcləri ölçən sorğuda ən bahalı şəhərlər sıralanıb.

İllərdir dünyanın ən bahalı şəhəri olan Honq-Konq bu il də birinci, Sinqapur ikinci yerdə qərarlaşıb.

Üçüncü yerdə, Sürix beynəlxalq işçilər üçün Avropanın ən bahalı şəhəri olaraq qalır. Cenevrə 4, Bazel 5-ci, keçən illə müqayisədə bir pillə yüksələn Nyu York isə 6-cı yerdə qərarlaşıb.

Araşdırmaya görə Bern 7-ci, Təl-Əviv 8-ci, Kopenhagen 9-cu və Nassau 10-cu yerdə dayanıb.

  • Əvvəlki

    Qubad İbadoğlu harada saxlanılır?

Digər xəbərlər

04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0