Fitch Ratings bildirib ki, Böyük Britaniya inkişaf etmiş iqtisadiyyatlar arasında ən yüksək borclanma dəyərinə malikdir.
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings-in verdiyi açıqlamada 2020-ci illə müqayisədə inkişaf etmiş iqtisadiyyatların borcları üzrə ümumi faizlərin 47 faiz, inkişaf etməkdə olan iqtisadiyyatların isə 40 faiz artdığı bildirilib.
Açıqlamada, "Trend məlumatları aşağı inflyasiya dövrünün bitdiyini göstərir. Ən azından inkişaf etmiş iqtisadiyyatlar üçün nəzərəçarpacaq dərəcədə aşağı faizlə borclanma dövrü bitdi" deyilib.
Açıqlamada İngiltərədə artan inflyasiyanın borclanma xərclərinin də artmasına səbəb olduğu və inkişaf etmiş iqtisadiyyatlar arasında ən yüksək borc faizi ödənişinin İngiltərənin olduğu bildirilib.