USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda rəqəmsal manat yaradıla bilər?

26.07.2023 İqtisadiyyat
65 27
“Manatla bağlı fundamental problemlər qaldığı halda Azərbaycanda rəqəmsal manatla bağlı hansısa bir addımın atılmasının nə iqtisadi, nə siyasi, nə ictimai əhəmiyyətinin olacağını düşünmürəm”.

Kommersant.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli “Azərbaycan rəqəmsal manata keçə bilərmi” sualına cavab verərkən deyib.

İqtisadçı qeyd edir ki,rəqəmsal milli valyuta söhbəti bir neçə ildi dünyanın mərkəzi bankları, ölkələri tərəfindən dəfələrlə gündəmə gətirilib:

“Amma bunun məğzi haqqında indiyənə qədər normal bir açıqlama verilməyib. Məntiqlə götürəndə görərik ki, bizim kartlarda istifadə etdiyimiz istənilən valyuta ilə ödənişlər ediriksə, bu artıq rəqəmsal, elektron valyutadır. Bunun başqa formada yenidən dövriyyəyə buraxılmasının hansı məqsəd və məntiqə qulluq edəcəyi bu günə qədər də aydın deyil”.

Natiq Cəfərli qeyd edib ki, Rusiyanın böyük sanksiyalar altında qaldığını nəzərə alaraq, belə bir addım atması aydındır:

“Onların xarici valyutaya çıxışı məhdudlaşıb, hələlik xarici alış-verişlərini yalnız Çin yuanı ilə qurmağa çalışırlar. Rusların məqsədi ondan ibarətdir ki, rəqəmsal rubl adı altında dövlət tərəfindən təminat verilmiş və sonradan həmin rublun yenidən istənilən xarici valyutaya dəyişdirlmə mexanizmi olan yeni mexanizm yaratsınlar ki, xarici ticarətdə bundan istifadə edə bilsinlər”.

Natiq Cəfərlinin sözlərinə görə Azərbaycanın isə belə porblemi yoxdur:

“Ona görə də Azərbaycanda hansısa formada buna keçidin baş verməsi yaxın zamanlarda mümkünsüz görünür, hətta buna ehtiyac da yoxdur. Ona görə ki, Azərbaycan manatı hələ konvertasiya olunan valyuta deyil. Yəni məzənnəsi inzibati qaydada tənzimlənir, birjada dəyərləndirmə mexanizmi, valyuta birjamız yoxdur. Manatın üzən məzənnə rejiminə keçməsi mümkün olmayıb. Bütün bu fundamental problemlər qaldığı halda Azərbaycanda rəqəmsal manatla balı hansısa bir addımın atılmasının nə iqtisadi, nə siyasi, nə ictimai əhəmiyyətinin olacağını düşünmürəm”.

  • Əvvəlki

    “Yapı Kredi Bank” 6 aylıq hesabatını açıqlayıb

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0