USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hər 100 manatın 31,7 manatı müştərilərə geri ödənilib

16.07.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 180 milyon 232 min manat sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 72,85% çoxdur.

6 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 216 milyon 139 min manat təşkil edib. Bu isə illik müqayisədə 25,75% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 18,6% azalaraq 50 milyon 745 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 10,5% artaraq 68,559 milyon manata çatıb.

Beləliklə, 2018-ci ilin yanvar-iyununda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,2 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 31,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ilin yanvar-iyununda müvafiq olaraq 59,8 manat və 36,1 manat olub.

Könüllü sığorta 48%, icbari sığorta isə 33% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 286 milyon 839 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 48% çoxdur.

6 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 33% artaraq 109 milyon 533 min manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 87 milyon 106 min manat təşkil edib ki, bu da illik müqayisədə 11,6% azdır. Ötən 6 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 24,6% artaraq 32,198 milyon manata çatıb.

Beləliklə, 2018-ci ilin yanvar-iyununda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 30,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-iyununda 50,9 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 31,4 manatdan 29,4 manata düşüb.

Renkinq