Avtomobil sığortasında ödənişlər azalıb

16.07.2018
İqtisadiyyat
0
0
Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.
"Kommersant" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyun dövründə sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 12 milyon 553 min manat sığorta haqqı hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Ötən ilin yanvar-iyun dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 10 milyon 560 min manat sığorta haqları hesabalanmışdı.
Toplanan sığorta haqlarının artmasına baxmayaraq ödənişlər 26% azalıb. 2017-ci ilin birinci yarısında 5 milyon 712 min manat təşkil etmiş ödənişlər bu ilin birinci yarısında 4 milyon 227 min manata yüksəlib.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0