USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BRİKS bankının rəhbəri niyyətini açıqlayıb

27.07.2023 İqtisadiyyat
91 45
Yeni BRİKS İnkişaf Bankı hesablaşmalarda daha çox milli valyutalardan istifadə etmək niyyətindədir, bu barədə bankın prezidenti Dilma Rusef iyulun 27-28-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika forumunda bildirib.

Kommersant.az xəbər verir ki, onun sözlərinə görə, "sanksiyalar, bir ölkənin yurisdiksiyasını onun ərazisindən kənarda genişləndirmək cəhdləri bir problemi həll etmir, sadəcə mövcud olanları daha da pisləşdirir", - deyə bank rəhbəri bildirib.

BRİKS beş ölkənin iqtisadi birliyidir: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika.

Rusiya prezidenti bir gün əvvəl Strelnadakı Konstantinovski sarayında BRİKS-in Yeni İnkişaf Bankının rəhbəri Dilma Russefflə görüşüb. Görüş zamanı Vladimir Putin bildirib ki, BRİKS üzvləri maliyyə məsələlərində kiməsə qarşı dost deyil, bir-birinin maraqlarına uyğun işləyirlər. Dövlət başçısı dövlətlərarası assosiasiyaya daxil olan ölkələr arasında milli valyutalarda hesablaşmaların genişləndiyinə də diqqət çəkib. BRİKS İnkişaf Bankı bu məsələdə rol oynaya bilər.