Bildirilib ki, İraq mərkəzi hökuməti ilə İraq Kürd Regional Rəhbərliyi arasında neft ixracı ilə bağlı yeni saziş imzalanıb.
İraqın rəsmi xəbər agentliyi İNA Ərbil və Bağdad arasında əldə olunan yeni razılaşmanın təfərrüatlarını ictimaiyyətə açıqlayıb.
Yeni razılaşmaya əsasən, KRG rəhbərliyinin konstitusiyanın 12-ci maddəsində qeyd edildiyi kimi ixrac etdiyi neft gəlirlərini İraq Neft Nazirliyinə təhvil verəcəyi və neftdən başqa bütün gəlirləri İraqın hesabına yatıracağı qeyd edilib.
IKBY-nin sərhəd keçid gəlirlərinin 50 faizini İraq Maliyyə Nazirliyinə təhvil verəcəyinə diqqət çəkən xəbərdə, razılaşmaya əsasən, iki tərəf arasında ortaq komissiyanın yaradılacağı da vurğulanıb.
İraq Kürd Regional Rəhbərliyinə konstitusiyada göstərilən maddələri yerinə yetirdiyi müddətcə İraq Maliyyə Nazirliyi tərəfindən maliyyə dəstəyi veriləcəyi bildirilib.
İraq 2023 büdcəsinin 12-ci maddəsində KRG-nin büdcədəki payı yüzdə 12,67 olaraq təyin edilib.
15 fevral 2022-ci ildə İraqın Ali Federal Məhkəməsi KRG-nin qaz və neft qanununun mərkəzi hökumətin konstitusiyasına zidd olduğu və ixrac edilən neft gəlirlərinin Bağdada çatdırılması barədə qərar çıxarıb.