ABŞ-da uşaq əməyi sahəsində qanun pozuntularını aşkar edən federal araşdırma aparılıb.
ABŞ Əmək Departamentinin bildirdiyinə görə, onlar McDonald's-ın 16 filialında 83 azyaşlıya münasibətdə qeydə alınıb.
Xüsusilə, Luiziana və Texas ştatlarında ABŞ-da uşaq əməyi ilə bağlı qanunu pozaraq, yeniyetmələr iş vaxtından artıq işlədilir.
Aşkar edilmiş pozuntulara görə, McDonald's'ın Luizianadakı filiallarını idarə edən şirkət 56 mindən çox, Texasdakı françayzinq müəssisələrinin sahibi olan şirkət isə 21 min ABŞ dollarından çox cərimə ödəməlidir.