USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tibbi sığortada ödənişlər yığımlardan sürətli artır

16.07.2018 İqtisadiyyat
0 0
Azərbaycanda könüllü tibbi sığorta üzrə toplanan sığorta haqları artıb.

"Kommersant" Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyun dövründə sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 55 milyon 231 min manat sığorta haqqı hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur. 2017-ci ilin yanvar-iyun dövründə tibbi sığorta üzrə 51 milyon 652 min manat sığorta haqqı hesabalanmışdı.

Tibbi sığortada ödənişlər isə daha çox - 25% artıb. 2017-ci ilin birinci yarısında 24 milyon 677 min manat təşkil etmiş ödənişlər bu ilin birinci yarısında 30 milyon 274 min manata qalxıb.

  • Əvvəlki

    Bitcoin 300 dollar ucuzlaşıb - SON QİYMƏT

Digər xəbərlər

23.12.2024 İqtisadiyyat
Azərbaycansayağı monopoliya
0 0