USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch ABŞ-ın kredit reytinqini aşağı salıb

02.08.2023 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"dan "AA+"-a endirib və proqnozu mənfidən sabitə dəyişib.

Fitch-in bəyanatında qeyd olunub ki, ABŞ-ın reytinqinin aşağı salınması yaxın 3 ildə gözlənilən maliyyə vəziyyətinin pisləşməsini, yüksək və artan ümumi dövlət borc yükünü və oxşar reytinqdəki həmyaşıdları ilə müqayisədə idarəetmənin aşınmasını əks etdirir.

Açıqlamada, kredit reytinq agentliyinin ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"-dan "AA+"-a endirib, proqnozu mənfidən sabitə dəyişdirdiyi bildirilib.

Mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın maliyyə naziri Canet Yellen Fitch-in qərarı ilə qətiyyən razılaşmadığını bildirib.

Sözügedən qərarın "ixtiyari və köhnəlmiş məlumatlara əsaslandığını" iddia edən Yellen, ABŞ-ın Fitch-in qərarını əsas götürdüyü bir çox göstəricilərdə əldə etdiyi irəliləyişlərə baxmayaraq, agentliyin indi reytinq dəyişikliyini açıqladığını bildirib.

“Fitch-in qərarı amerikalıların, sərmayəçilərin və bütün dünyada insanların artıq bildiklərini dəyişmir”, - deyə Yellen bildirib.