USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa birjaları günə düşüşlə başladı

02.08.2023 İqtisadiyyat
0 0
Avropa birjaları günə ağır satış kursu ilə başladı.

Açılışdan sonra Stoxx Europe 600 benchmark indeksi 1 faiz azalaraq 462,42 bənd, Almaniyada DAX 40 indeksi isə 1,1 faiz azalaraq 16 061 bənd olub.

Böyük Britaniyada FTSE 100 indeksi 0,9 faiz azalaraq 7 600 bənd, Fransada CAC 40 indeksi 0,8 faiz azalaraq 7 343 bənd, İspaniyada IBEX 35 indeksi 1 faiz azalaraq 9 412 bənd, İtaliyada MIB 30 indeksi 1 faiz azalaraq 29 066 bənd təşkil edib.

Dünən günü 0,1 faiz ucuzlaşma ilə 1,0985 səviyyəsində bağlayan avro/dollar pariteti hazırda əvvəlki bağlanışın bir az altında 1,0980 səviyyəsində hərəkət edir.

Gələcək pul siyasəti ilə bağlı güclü qeyri-müəyyənliklər səbəbiylə qlobal bazarlarda satış yönümlü kurs önə çıxsa da, dünyada iqtisadi aktivliyə dair narahatlıqlar və inflyasiya problemi aktiv qiymətlərinə təzyiq göstərməkdə davam edir.

Analitiklər bildiriblər ki, Avropada istehsal sektorundakı daralma regional iqtisadiyyatlarda tənəzzüllə bağlı narahatlıqları artırıb.