USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yuan dünya valyutasına çevrilir

16.07.2018 İqtisadiyyat
0 0
Çin dünya iqtisadiyyatına istiqamət verə bilər.

"Kommersant" xəbər verir ki, "Nordea" bankından verilən açıqlamada, Çinin ticarət savaşnda qəbul etdiyi qərarların bütün dünya iqtisadiyyatı üçün həlledici olacağı bildirilib.

Bankın ekspertləri bildirib ki, Çin valyutası yuan dünya iqtisadiyyatına yön verən əsas valyuta növlərindəndir. Buna görə də yuanın iqtisadi gərginlik sferasında zəifləməsi dünya iqtisadiyyatını mənfi təsir göstərəcək.

Hazırda ABŞ və Çin gərginliyinə artıq bir müddətdir ki, fasilə verilib. Buna görə də valyuta bazarı ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Söylənənlər sadəcə ehtimallardır.

Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, dünya iqtisadiyyatında inkişafa nail olmaq üçün ABŞ və Çin arasında iqtisadi münasibətlərin yaxşılaşdırılması vacibdir.

  • Əvvəlki

    Azərbaycanlı milyarderin bankı zərərdə - RƏQƏMLƏR

Digər xəbərlər