USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kreditlərə vergi tətbiq edilsin - TƏKLİF

03.08.2023 İqtisadiyyat
1 20
“2023-cü ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur”. Bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

Kommersant.az təklif edir ki, Azərbaycan höküməti vətəndaşların baklardan aldığı biznes və istehlak kreditlərinə vergi tətbiq etsin. Tətbiq olunacaq vergi kreditin illik faiz dərəcəsinin 10 faizlik hissəsi hesablanaraq faktiki illik faiz dərəcəsinə əlavə edilsin. Bununla da əhalinin sözügedən kreditlərə əlçatanlığı azalsın və əhalinin banklardakı əmanət qoyuluşları kredit portfelinə bərabərləşsin. Bu vergi tətbiq olunması eyni zamanda əhali vəsait dövriyyəsini də azaldacaq ki, bu da illik inflyasiyasının azalmasına birbaşa təsir edəcək.

İyulun 1-nə olan göstəricilərə görə əhalinin banklardakı əmanətləri 12 milyard 748 milyon manat, kredit qoyuluşları isə 21 milyard 296 milyon təşkil edib. Bu kreditlərin 6 milyard 324 milyon manatı istehlak kreditlərinə, 11 milyard 650 milyon manat biznes kreditlərinə və 3 milyard 321 milyon manatı isə daşınmaz əmlaka yönəldilib. Bu kreditlərin 97.1 faizi və ya 20 milyard 678 milyon manatı banklar, 2.9 faizi və ya 618 milyon manatı isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Banklar və BOKT-ların İpoteka kreditləri xaric verdiyi 17 milyard 975 milyon manatlıq kreditin orta illik faiz dərəcəsinin 17 faiz olduğunu nəzərə alsaq, dövlətin tətbiq edəcəyi 1.7 faizlik vergi ilə bu faizlər 18.7 alacaq. Nəticədə dövlət büdcəsinə kreditlərdən əldə olunan vergilərdən 305 milyon manatdan çox daxilolma olacaq. Əhalinin banklardan əldə etdiyi kreditlərin illik faizinə 10 faiz, biznes kreditlərinə isə illik faiz dərəcəsinin 20 faizi tətbiq olunduğunu düşünsək bu vergi daxilolmaları daha da artacaq və nəticədə əhalinin kredit əlçatanlığı azalaraq yerli bazardakıı inflyasiyaya da nərzarət etmək asanlaşacaq.

  • Əvvəlki

    Hökumətdən bahalaşma - ANONSU

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0