Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) iki ədəd neft kəşfiyyatı lisenziyası almaq üçün müraciət daxil edib.
Kommersant.az xəbər verir ki, TurkicWorld bunu "Resmi Gazete"yə istinadən məlumat verir.
"TPAO, O52-b1 və N52-d2 28.07.2023-cü il tarixli ərizə ilə d3 nömrəli hər bir vərəqə dair neft kəşfiyyatı lisenziyası almaq üçün müraciət edib. Eyni zamanda, Tekirdağ vilayətində sahib olduğu ARI/TPO/3842 ardıcıl nömrəli neft əməliyyatı lisenziyasının müddəti bitdikdən sonra 15.09.2023 tarixindən etibarən 10 il müddətinə uzadılması üçün müraciət ünvanlayıb", - deyə "Resmi Gazete"də dərc olunub.
Qeyd edək ki, TPAO-ya 6 aprel 2023-cü il tarixində Çanaqqala vilayəti ərazisində 42 min 593 hektar sahədə beş il müddətinə neft kəşfiyyatı lisenziyası verilib.