Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlanıb. Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələrinə əsasən geriləyən investisiya şirkətlərinin adları da məlum olub.
Kommersant.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları üzrə “PAŞA Kapital İnvestisiya Şirkəti” 1-ci, “ABB İnvest İnvestisiya Şirkəti” 2-ci, “CPM-İnvest İnvestisiya Şirkəti” isə 3-cü olub.
6 aylıq dövriyyəsinə görə geriləyən investisiya şirkətləri ilə “MFX Tradinq”, “PSG Kapital”, “İnvest-Az”, “Xalq Kapital” investisiya şirkətləri də var.
“MFX Tradinq” 380 min dövriyyə ilə sonuncudur. “PSG Kapital” 79 milyon, 945 min manat dövriyyə ilə sondan ikinci, “İnvest-Az” investisiya şirkəti isə 154 milyon, 925 min manatla sondan üçüncüdür.
Həmçinin qeyd edək ki, hər həftə dünya birjasını “analiz” edən “İnvest-Az” şirkət siyahıda sondan 3-cü yerdə qərarlaşıb. 6 aylıq dövriyyəsi 154 milyon, 925 min manat olan şirkət yaxşı olar ki, öz fəaliyyətini və dövriyyəsini analiz etsin.