Yeni marşrut xətləri yaxın vaxtlarda işə düşəcək

16.07.2018
İqtisadiyyat
0
0
Yaxın vaxtlarda fəaliyyətə başlayacaq 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal, Məhəmməd Xiyabani küçəsi - “Əhmədli” metrostansiyası) marşrut xətləri boyunca sərnişinlərin rahatlığı üçün zəruri infrastruktunun yaradılması işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən "Kommersant"a verilən məlumata görə, bu çərçivədə sərnişinlərin BakıKart əldə etməsi eyni zamanda balansı artırmaq üçün 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Marşrut xətləri boyunca 15 yeni dayanacaq məntəqəsi də müəyyən edilib ki, hazırda onların müvafiq qaydada nişanlanması işləri aparılır.
Xatırladaq ki, 20 və 94 nömrəli müntəzəm marşrut xətləri müsabiqə yolu ilə birləşdirilərək sərnişindaşıma işinin təşkili "BakuBus" MMC-yə həvalə edilib. Qeyd edilən marşrut xətlərinin fəaliyyəti 7A və 7B olmaqla müasir və komfortlu avtobuslarla təşkil ediləcək.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0