İngiltərə Bankı yeni faiz artımı qərarını açıqlayıb. Bank siyasət faizini 25 bənd artıraraq 5,25 faizə çatdırıb.
Kommersant.az xəbər verir ki, faiz dərəcələrinin artması ilə İngiltərədə siyasət faizi son 15 ilin ən yüksək səviyyəsinə yüksəldi.
Pul Siyasəti Komitəsində məmurların üç fərqli qərar arasında bölündüyü görülüb. Catherine Mann və Jonathan Haskel faiz dərəcəsinin yarım ballıq artımına səs verdilər, Swati Dhingra isə dərəcələrin sabit saxlanılmasına üstünlük verib.
Qərarın mətnində faiz yolu ilə bağlı istiqamət əvvəlki mətnlərdə olduğu kimi böyük ölçüdə qorunub saxlanılıb. Bildirilib ki, qiymət təzyiqləri daha davamlı olarsa, pul siyasətində daha da sərtləşdirmə tələb oluna bilər.