Dövlətlər, Amerika, Rusiya və Çin Ay mədənləri üçün işə başlayıb. Özəl sektor olaraq dünya hökuməti Aya nəqliyyat, GPS və Wi-Fi quraşdırılması kimi alt sektorlara diqqət yetirir. Bəşəriyyət 100 milyard dollarlıq yeni bir dövrlə qarşılaşacaq: Ay iqtisadiyyatı.
Kommersant.az xəbər verir ki, insan yeni bir iqtisadi terminlə qarşılaşır: Ay iqtisadiyyatı.Yerin peyki Ayın yenidən kəşfi ilə başlayacaq bu iqtisadiyyat, hələlik bir fantastika filmi ssenarisini xatırladır, amma əslində 100 milyard dollarlıq ciddi bir yatırımdır.
Orbitə buraxıldıqdan sonra 450 min kilometr yol qət edən və Yerdən 130 kilometr yüksəklikdə Ay orbitində oturan Artemis 1 25,5 günlük missiyasından sonra Sakit Okeana atılıb. İndi gözlər ABŞ Kosmik və Aviasiya Administrasiyasının (NASA) yeni layihəsi olan “Artemis 2”də... NASA astronavtları 2024-cü ildə Ay ətrafında uça biləcək, 2025-ci ildə isə Aya eniş baş tutacaq. "Bəşəriyyət üçün böyük addımlar" əslində nəhəng Ay iqtisadiyyatına başlayacaq. Harvard Universitetindən Brendan Rosseau, "Ay iqtisadiyyatı əvvəllər bir nəzəriyyə idi. Artıq rəsmi olaraq başlayır” deyib.