USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da soya və qarğıdalı qiymətləri aşağı düşüb

08.08.2023 İqtisadiyyat
6 0
Çikaqo birjasında satılan soya və qarğıdalı üçün fyuçers müqavilələri ABŞ-da məhsul keyfiyyətinin yaxşılaşdığını göstərən hesabat və əlverişli hava şəraiti ilə bağlı proqnozların qiymətlərə təsir göstərməsi səbəbindən aşağı düşüb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) açıqladığı həftəlik hesabatda qarğıdalı məhsulunun 57%-nin “yaxşı və ya əla” olduğu bildirilib. Keçən həftə açıqlanan hesabatda bu nisbət 55% idi. Hesabatda soyanın 54%-nin "yaxşı və ya əla" olduğu ifadə edilib. Keçən həftə açıqlanan hesabatda bu nisbət 52% idi.

Çikaqo birjasında ən yüksək ticarət həcminə malik olan soya fyuçers müqavilələri 0,3% azalaraq 12,98 dollar/buşe və ya 476,9 dollar/ton olub. Qarğıdalı 0,2% azalaraq 4,95$/ton və ya 194,9$/ton, buğda 1% azalaraq 6,51$/buşelə və ya 239,2$/ton olub.